06 dekabr 2019 16:26
889

Azərbaycan millisi Monteneqro yığması ilə qarşılaşıb

Monteneqronun Podqoritsa şəhərində təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti yoldaşlıq oyununu keçirib.

"Report"un məlumatına görə, Miloş Velebitin baş məşqçi olduğu komanda Monteneqronun müvafiq yaş qrupundan ibarət yığması ilə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan yığmasının 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Qeyd edək ki, bu komandalar arasındakı dekabrın 4-də keçirilən matçda Azərbaycan millisi qələbə qazanıb - 1:0.