28 fevral 2020 21:50
2351

Azərbaycan millisinin mövqeyi dəyişməyib

UEFA-nın yeni reytinq cədvəlində Azərbaycan millisinin mövqeyi dəyişməyib

UEFA milli komandaların növbəti reytinq cədvəlini dərc edib. Azərbaycan milli komandası siyahıda öz mövqeyini qoruyaraq 18 min 750 xalla 26-cı olub.

Avropanın 55 yığmasının yer aldığı siyahıya aktivində 98 min 997 xal olan İspaniya milli komandası başçılıq edir. İngiltərə yığması 87 min 748 xalla ikinci, dördqat dünya çempionu Almaniya isə 70 min 784 xalla üçüncü yerdədir. Reytinq cədvəlində ilk onluqda müvafiq olaraq İtaliya (67 min 939), Fransa (56 min 415), Portuqaliya (49 min 449), Rusiya (45 min 549), Belçika (37 min 900), Niderland (35 min 750) və Ukrayna (34 min 100) komandaları qərarlaşıblar. Türkiyə milli komandası isə 33 min 200 xalla 11-cidir.