14 avqust 2019 11:12
92

Azərbaycan neftinin qiyməti bahalaşıb

“Azeri Light”ın bir barelinin qiyməti 64 dolları ötüb

AZƏRTAC xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 2,78 dollar artaraq 64,09 dollar olub.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.