01 iyul 2019 14:25
368

Azərbaycan Ordusu üçün yığılan pul açıqlandı

İyulun 1-dək Silahlı Qüvvələrin Yardım Fonduna daxil olan vəsait açıqlanıb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna cari il iyulun 1-dək 100.742.334,19 AZN, 213.577,88 ABŞ dolları, 16.936,0 avro və 5000,0 rubl vəsait daxil olub.