30 sentyabr 2019 15:11
898

Azərbaycan Ordusunda ideoloji iş və mənəvi-psixoloji təminatla bağlı müsabiqə keçirilib

Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu il üçün döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunda ideoloji iş və mənəvi-psixoloji təminat tədbirləri çərçivəsində müsabiqə keçirilib.
"İki sahil" Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, “Ən yaxşı təşviqat işinin təşkili, səyyar ideoloji məntəqə, səyyar ideoloji guşə və ideoloji otağın şurasının fəaliyyəti” nominasiyaları üzrə və bir neçə mərhələdən ibarət olan müsabiqə bölmələr, birləşmə və birlik səviyyəsində keçirilib.
Yarışın yekun nəticələrinə əsasən qaliblər mükafatlandırılıb.