02 iyul 2020 19:42
1200

“Azərbaycan polisi erməni faşizminə qarşı Azərbaycan əsgəri ilə çiyin–çiyinə mübarizə aparıb”

Cəlil Xəlilov: “Onlar bu vətəni birlikdə müdafiə ediblər”

Bu gün 2 iyul Polis Günüdür.

Redaksiyamıza açıqlamasında polislərin erməni işğalına qarşı mübarizədəki roluna diqqət çəkən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Azərbaycanın ərazi bütövlüyünün qorunmasında polis əməkdaşlarının da yaxından iştirak etdiyini diqqət çəkib:

“Öncə 2 iyul Polis Günü ilə əlaqədar olaraq başda hörmətli Daxili İşlər Naziri Vilayət Eyvazov olmaqla, bütün polislərimizi təbrik edir, onlara uğurlar arzulayıram.

Xatırlatmaq istəyirəm ki, Azərbaycanın müstəqilliyinin, ərazi bütölüyünün qorunmasında polis əməkdaşları da yaxından iştirak edib, erməni işğalına qarşı mübarizədə böyük qəhrəmanlıqlar göstəriblər. Qarabağ və ətraf rayonların düşmən hücumundan müdafiəsində Azərbaycan polisi Azərbaycan əsgəri ilə yanaşı, çiyin–çiyinə mübarizə aparıb, bu vətəni birlikdə müdafiə ediblər. Bu gün çoxlu sayda polis veteranımız DİN-nin Veteranlar Şurasında bir araya gələrək gənc nəslin tərbiyəsində, habelə gənc polislərə peşə sirlərinin öyrədilməsində yaxından iştirak edir. Bu baxımdan polislərimizin sadəcə ölkə daxilində cinayətkarlığa qarşı mübarizədəki əməyinin deyil, həm də xarici düşmənlərlə, erməni faşistləri ilə münbarizədəki rolunu qeyd etməyimiz vacibdir.

Mən bir daha polis əmədkaşlaırnı peşə bayramı münasibəti ilə təbrik edir,  onlara xidməti fəaliyyətlərində uğurlar arzulayıram. Arzu edirəm ki, Azərbaycan polisi gələn il öz peşə  bayramını Şuşada, işğaldan azad edilən Qarabağımızda qeyd etsin!”.

Seymur ƏLİYEV