12 avqust 2020 15:47
980

Azərbaycan Premyer Liqasında əvəzetmə sayı dəyişdirildi

Azərbaycan Premyer Liqasının 2020/21 mövsümündə əvəzetmə sayı ilə bağlı qərarda dəyişiklik edilib.

Apasport.az saytının məlumatına görə, bunu Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev çempionatın püşkatması ilə bağlı baş tutan tədbirdə deyib.

Qurum rəhbərli bildirib ki, öncədən oyunlar zamanı 5 əvəzləmə nəzərdə tutulsa da, qərar dəyişdirilib və növbəti mövsüm 3 əvəzetmələrdən istifadə olunacaq.