12 may 2019 11:15
845

Azərbaycan Premyer Liqasının qalibləri mükafatlandırılıb - VİDEO

Azərbaycan Premyer Liqasında 2018-2019 mövsümünün yekunlarına əsasən, mükafatlandırma mərasimi təşkil olunub.

"Report"un məlumatına görə, tədbir XXVIII turun "Neftçi" - "Qarabağ" matçı yekunlaşdıqdan sonra "Bakcell Arena"da keçirilib.

Əvvəlcə "Səbail"ə bürünc, sonra isə "Neftçi"yə gümüş medallar verilib. Sonda səhnəyə "Qarabağ" dəvət olunub. Klub qızıl medallarını aldıqdan sonra Rəşad Sadıqov çempionluq kubokunu başı üzərinə qaldırıb.

Qeyd edək ki, mükafatları AFFA-nın prezidenti Rövnəq Abdullayev, baş katib Elxan Məmmədov və Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev təqdim edib.