01 avqust 2019 11:40
1088

Azərbaycan qazı Avropanın bir addımlığında

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans Adriatik Boru Kəmərinin (TAP) inşasında 88,5% işlər yekunlaşıb.

“İki sahil” xəbər verir ki, Layihə üzrə işlər qrafikə uyğun olaraq davam etdirirlir. Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədində TANAP (Trans-Anadolu) boru kəmərinə qoşularaq Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.

Bu gün TANAP artıq Avropaya təbii qazın ötürülməsi üçün tam hazır vəziyyətdədir. SOCAR Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılmasındakı fəaliyyəti ilə nəinki ölkə daxilində, həm də xarici ölkələrdə mürəkkəb transmilli layihələri vaxtında və yüksək səmərə ilə yerinə yetirməyə qadir bir şirkət olduğunu sübut etmişdir. Belə ki, ilkin investisiya dəyəri dəyəri 11,7 milyard dollar olan TANAP layihəsinin tikintisi zamanı 5 milyard dollara yaxın vəsaitə qənaət edərək, SOCAR və tərəfdaşları birlikdə layihənin ümumi xərclərini 40% azaltmağa nail olub.