Azərbaycan İqtisadiyyat Nazirliyi ixracatçılara mənşə sertifikatlarının verəcəyi tarixi açıqlayıb.
Nazirlikdən "İki sahil"ə verilən məlumata görə, Novruz Bayramı ilə əlaqədar martın 20-26 tarixləri qeyri-iş günləri olduğuna görə, ixracatçıların müraciətlərini nəzərə alaraq martın 23-də mənşə sertifikatları veriləcək.
İxrac prosedurunun daha da sadələşdirilməsi məqsədilə Azərbaycanda sahibkarlıq subyektlərinə mənşə sertifikatı bir gün ərzində verilir. 2016-cı ilə qədər ixrac malları üçün mənşə sertifikatı 3 gün ərzində verilirdi.