18 noyabr 2019 16:38
709

Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək

Növbəti Azərbaycan-Rusiya Regionlararası Forumu 22-23 noyabr tarixlərində Moskvada keçiriləcək. 2 gün davam edəcək tədbirdə Azərbaycan və Rusiyanın dövlət rəsmilərinin, deputatların, biznes dairələri nümayəndələrinin iştirakı nəzərdə tutulur. Forum çərçivəsində Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan işgüzar şuralarının geniş iclası, sənaye, turizm, kənd təsərrüfatı və humanitar sahələr üzrə dəyirmi masalar təşkil ediləcək, Forumun plenar iclası keçiriləcəkdir.

Azərbaycan nümayəndə heyətinin Moskvaya səfəri çərçivəsində Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində “Azərbaycan” pavilyonunun açılışı olacaq.