23 may 2019 15:13
779

Azərbaycan Rusiyadan kartof idxalını 25 dəfə artırıb, ixracını isə...

2019-cu ilin I rübündə Azərbaycan Rusiyadan kartof idxalını 25 dəfə artırıb, ixracını 29 faiz azaldıb

2019-cu ilin I rübündə Azərbaycan kartof ixracını 24,6 faiz azaldıb, bu məhsulun idxalını 24,4 faiz artırıb.  Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.

“Cari ilin birinci rübündə Azərbaycan 443 min ABŞ dolları məbləğində 1,013 min ton kartof ixrac edib. Ötən ilin analoji dövrü ilə müqayisədə say ifadəsində ixrac həcmi 24,6 faiz, dəyər ifadəsində 24,4 faiz azalıb”, - hökumətdən qeyd ediblər.

İxracın əsas həcmi Rusiyanın payına düşüb. Xüsusilə, yanvar-mart ayları ərzində Rusiyaya 414,59 min dollar (аzalma 29,2 faiz) 0,951 min ton (azalma 29,1 faiz) kartof ixrac olunub.

Cari ilin 3 ayı ərzində Azərbaycana 17,326 milyon dollarlıq (аrtım 32,5 faiz) məbləğində 66,826 min ton kartof (artım 24,4 faiz) idxal edilib.

Azərbaycana əsas kartof tədarükçüləri Rusiya, İran və Pakistan olub. Xüsusilə, İran 8 milyon 177,39 min  dollar məbləğində 33,674 min ton, Pakistan 1 milyon  38 min dollar məbləğində 3,479 min ton kartof tədarük edib. Eyni zamanda, ötən ilin analoji dövrü ilə müqayisəıdə Rusiyadan kartof tədarükünün həcmi say ifadəsində 25,4 dəfə, dəyər ifadəsində - 27,4 dəfə artıb.

Xatırladak ki, 2018-ci ildə Azərbaycan 29 milyon 627,54 min dollar  məbləğində 66,563 min ton kartof ixrac edib.