08 aprel 2020 16:41
1198

Azərbaycan Rusiyanın ən çox limon idxal etdiyi ölkələrdəndir

Türkiyə koronavirus infeksiyasının yayılması ilə əlaqədar limon ixracını avqustun sonana kimi qadağan edib. Bununla əlaqədar, Rusiya Kənd Təsərrüfatı Nazirliyi ölkədə limon qıtlığı yaranacağını gözləmir.

Nazirlikdə hesab edirlər ki, Rusiya bazarına limon idxalı digər ölkələr, o cümlədən Azərbaycanın hesabına lazımi səviyyədə saxlanacaq. Rusiyaya Azərbaycanla yanaşı, Özbəkistan, Argentina, Misir, Braziliya və Cənubi Afrika Respublikasından da limon idxal edilir. //AZƏRTAC