28 fevral 2020 20:13
2055

Azərbaycan-Türkiyə münasibətlərinə dair xüsusi buraxılış

Türkiyənin nüfuzlu TRT HABER televiziya kanalı fevralın 25-də Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Bakıda keçirilən Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclası barədə geniş reportaj yayıb.

Reportajda Türkiyə dövlət başçısının Azərbaycan sonuncu səfəri, Şuranın qərarlarının tarixi əhəmiyyəti barədə türkdilli tamaşaçılara ətraflı məlumat verilib. Reportajda iki qardaş ölkənin birlikdə reallığa çevirdikləri beynəlxalq əhəmiyyətli layihələrdən bəhs olunub, bu barədə videokadrlar nümayiş etdirilib. //AZƏRTAC