06 iyul 2020 11:41
753

Azərbaycan XİN Türkiyəyə təşəkkür etdi

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Türkiyəyə təşəkkür edib.

Bu barədə nazirliyin “Twitter” səhifəsində paylaşım edilib. “Təşəkkürlər, can Türkiyə. Hər zaman olduğu kimi, qlobal pandemiya ilə mübarizədə də bir yerdəyik. #birmilletikidevlet”, - XİN-in paylaşımında qeyd edilib.

Xatırladaq ki, ötən gün Türkiyə Azərbaycana koronavirusla mübarizə məqsədilə tibbi yardım göndərib.