05 iyul 2020 18:40
1018

Azərbaycanda daha 523 nəfər koronavirusa yoluxdu, 451 nəfər sağaldı

Azərbaycanda 523 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 451 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. “Iki sahil” xəbər verir ki, bu barədə Trend-ə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər isə vəfat edib. İndiyədək 250 nəfər bu virusdan dünyasını dəyişib, 11 742 nəfər sağalıb. Ötən müddət ərzində 516 min 533 test aparılıb. Bugünkü test sayı isə 6722-dir.