18 oktyabr 2019 12:40
731

Azərbaycanda əmtəəlik təbii qaz hasilatı 29% artıb

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda qaz kondensatı daxil olmaqla 28 216,2 min ton həcmində xam neft hasil edilib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu həcmin 28 147,4 min tonu əmtəəlik xam neftin payına düşüb. Bu ilin doqquz ayında neft hasilatının həcmi ötən ilin müvafiq dövründən 2,7%, əmtəəlik xam neftin həcmi isə 2,8% az olub. Hesabat dövründə ölkədə 25 981,7 mln. kubmetr həcmində təbii qaz hasil edilib ki, bu da ötən ilin müvafiq dövründən 16,8% çoxdur. Hasil edilən təbii qazın 17 892,6 mln. kubmetri əmtəəlik təbii qazın payına düşüb. Bu ilin doqquz ayında əmtəəlik təbii qazın həcmində 29,3% artım qeydə alınıb.