18 fevral 2020 17:58
1305

Azərbaycanda keçirilən parlament seçkiləri ilə bağlı məqalə

Fransanın http://www.agoravox.fr  saytında “Azərbaycanda parlament seçkiləri” adlı məqalə dərc olunub.

Müəllifi Alən Rumestand olan məqalədə ölkəmizdə keçirilmiş parlament seçkilərindən ətraflı bəhs edilib.

Seçkilərə hazırlıq prosesinə toxunan müəllif Mərkəzi Seçki Komissiyasının fəaliyyətindən danışıb. Parlament seçkilərini 60-a yaxın beynəlxalq təşkilatı və ölkəni təmsil edən 880-dən çox müşahidəçinin izlədiyini bildirən müəllif qeyd edib ki, səsvermə prosesi 7-si fransız olmaqla 156 beynəlxalq media nümayəndəsi tərəfindən işıqlandırılıb.

Seçki məntəqələrində beynəlxalq müşahidəçilərin seçicilərlə birbaşa əlaqə qurmasına, bütün gün ərzində müxtəlif partiyaların nümayəndələrindən ibarət yerli müşahidəçilərin prosesi izləməsinə hər cür şəraitin yaradıldığı vurğulanıb.

Fransanın “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutunun səsvermə günü keçirilmiş “exit-poll”un nəticələrinin ilkin rəsmi nəticələrə çox yaxın olduğu bildirilib.

Məqalədə bir neçə namizədlə müsahibəyə də yer verilib.

Müəllif Fransa mətbuatının Azərbaycana qarşı qərəzli mövqe tutduğu, bəzi saytların reallıqdan uzaq məlumatları əsasında ölkəmiz haqqında yanlış xəbər yaymasına təəssüfləndiyini bildirib. //AZƏRTAC