11 avqust 2020 00:58
605

Azərbaycanda koronavirusla bağlı son vəziyyət

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda cla bağlı avqustun 10-na olan statistik göstəriciləri açıqlayıb.

Trend xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 5 015 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 790 141 test aparılıb. Aktiv xəstə sayı 2 513 nəfərdir, onlardan 252 nəfər reanimasiyadadır, 47 nəfər isə süni tənəffüs aparatına qoşulub.