26 oktyabr 2020 20:30
774

Azərbaycanın rəqəmsal hökumət quruculuğu tezliklə Qarabağda davam etdiriləcək

23‭ ‬oktyabr‭ ‬‬2020-ci‭ ‬il‬ ‭‬tarixində‭ ‬rəqəmsal‭ ‬‬hökumətin‭ ‬artan‭ ‬rolunu,‭ ‬rabitənin vacibliyini, qlobal və regional əməkdaşlığa ehtiyacı müzakirə etmək məqsədilə “BMT-nin Elektron Hökumət Sorğusu kontekstindəki region ölkələrində elektron hökumətin ‬inkişafı‭‭ ‬yönündə‭ ‬nailiyyətlər‭‭ ‬və‭ ‬problemlər”‭ ‬mövzusunda‭ ‬ ‭ ‬onlayn konfrans‭ təşkil‭ ‬edilib.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən "İki sahil"-ə verilən məlumatda bildirilir ki, onlayn ‬konfrans‭ ‬Qazaxıstan‭‭ ‬Respublikasının‭‭ ‬Rəqəmsal İnkişaf, ‬İnnovasiyalar‭ ‬və ‬Aerokosmik‭‭ ‬Sənayesi‭‭ ‬Nazirliyi‭nin ‬Birləşmiş‭ ‬Millətlər Təşkilatının İqtisadi və Sosial Məsələlər Departamenti ilə birgə və “Zerde Milli İnfokommunikasiya Holdinq” ‭ ‬ASC və‭ Astana‭‬ Dövlət‭‬ Xidməti‭ ‬ Mərkəzinin təşkilatçılığı ilə keçirilib.

Konfransda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və ‭ ‬Sosial İnnovasiyalar‭ ‬ üzrə ‭ ‬Dövlət Agentliyinin‭‭ ‬Elektron ‬Hökumətin‭ ‬İnkişafı Mərkəzinin (EHİM) direktoru Fariz Cəfərov spiker qismində iştirak edib.

E-konfransda müxtəlif ‭ ‬dövlətlərin, beynəlxalq təşkilatların rəqəmsallaşma və elektron hökumə‭t ‬sahəsində çalışan nümayəndələri və digər şəxslər iştirak ediblər.
Konfransın əsas müzakirə mövzuları BMT 2020 sorğusunun nəticələri, elektron hökumətin inkişafında ən yaxşı təcrübələr və regionda elektron hökumətin inkişaf təcrübəsi olub.

EHİM-in‭‭ ‬direktoru‭‭ ‬Fariz‭‭ ‬Cəfərov‭ ‬ Azərbaycanda‭‭ ‬elektron‭ ‬hökumətin inkişafı mərhələləri, vətəndaşlara ‭ ‬rəqəmsal formada təqdim ‭ ‬edilən elektron xidmətlər və rəqəmsallaşma ilə bağlı mövcud çağırışlardan bəhs edib. Tədbir iştirakçılarına,həmçinin “ASAN xidmət”, COVID-19 pandemiyası dövründə ölkəmizdə aparılan qabaqlayıcı tədbirlər və mövcud vəziyyətin idarə edilməsi üçün Mərkəz‭ ‬ ‭ ‬tərəfindən‭ ‬ ‭ ‬hazırlanan‭ ‬ “İcazələrin‭ ‬ ‭ ‬Alınması‭ ‬ və‭ ‬ ‭ ‬Monitorinqi ‭ ‬Sistemi” haqqında geniş təqdimat edilib.

Sonda Azərbaycan torpaqlarının 30 ilə‭ ‬ ‭ ‬yaxındır ki, ‬Ermənistan‭ ‬Respublikası‭ ‬‬tərəfindən‭ ‬işğal‭ ‬olunduğu‭ ‬‬və‭‭ ‬hazırda Azərbaycan‭‭ ‬ordusu‭‭ ‬tərəfindən‭ ‬həmin‭ ‬torpaqların ‬azad edildiyi‭ ‬ ‭ ‬qürür hissi ilə diqqətə çatdırı‭lıb. Eyni zamanda ‬işğaldan‭ ‬azad‭‭ ‬olunan torpaqlarda‭ tezliklə ‬“ASAN‭ ‬xidmət”‭‭ ‬mərkəzlərinin‭ ‬açılacağına‭ ‬və‭ rəqəmsal‭‭ ‬hökumət qurucululuğun davam etdiriləcəyinə ümid edildiyi bildirilib.

Tədbir BMT-nin 2020-ci il MDB regionu üçün elektron hökumət üzrə tədqiqatının əsas trend və nəticələrini təqdim etmək, COVID-19 pandemiyası zamanı ölkələr arasında‭ ‬səmərəli‭ ‬ onlayn‭ ‬xidmətlərin‭ ‭ ‬göstərilməsinə‭ ‬dair‬ təcrübə və‭ ‬fikir mübadiləsi aparmaq, eləcə də ‭ ‬elektron‭ ‬ ‭ ‬hökumətin‭ ‬ inkişafı‭ ‬ ‭ ‬üçün‭ ‬ beynəlxalq‭ ‬və regional müstəvidə əməkdaşlığı və koordinasiyanı gücləndirmək məqsədilə təşkil olunub.