11 dekabr 2019 17:07
620

Azərbaycanlı tanınmış efirdə olanda bacısı öldü

Aşıq Ulduz Sönməz bacısını itirib.

"İki sahil" Axşam.az-a istinadən xəbər verir ki, o, bu haqda "Şou ATV" verilişində deyib. İfaçı bildirib ki, sonuncu dəfə Nanə Ağamalıyevanın proqramına gələndə bacısı dünyasını dəyişibmiş.

"Yadınızdadırsa efirdə ağladım. Həmin an bacım rəhmətə gedibmiş. Bizim də telefonumuz bağlı, xəbərimiz yox. Proqramdan sonra oğlum dedi ki, Ülkər xalam öldü. Xəstə də deyildi, qəfil oldu".