29 yanvar 2020 18:45
1259

Azərbaycanlı hakimlərə Yunanıstandan dəvət

Azərbaycanlı hakimlər növbəti dəfə digər ölkənin yüksək liqasının vacib oyununa təyinat alıblar.

Yunanıstan Futbol Federasiyasının dəvətinə əsasən, FIFA referisi Əliyar Ağayevin rəhbərlik etdiyi hakimlər briqadası Yunanıstan Super Liqasının 22-ci turu çərçivəsində keçiriləcək “Panatinaikos”–PAOK oyununu idarə edəcək.

Ə.Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər.

“Panatinaikos”–PAOK oyunu fevralın 2-də təşkil olunacaq.

AZƏRTAC