03 iyul 2020 10:56
904

"Azeri Light" bahalaşıb

Dünya bazarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb.

"İki sahil" xəbər verir ki, Azərbaycan neftinin 1 barrelə olan qiyməti 0,25 ABŞ dolları və ya 0,57% artaraq 44 dollar təşkil edib.

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin sentyabr müqaviləsinin dəyəri 1% azalaraq 1 barrelə görə 42,71 dollar təşkil edib. Nyu-Yorkun NYMEX əmtəə birjasında avqustda ixrac etməklə WTI markalı neftin 1 barrelinin dəyəri 1,03% azalaraq 40,23 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb. Avqustda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,46% azalaraq1,718 ABŞ dolları təşkil edib.