03 mart 2020 15:16
2100

“Azəriqaz” cari il üzrə qazlaşdırma işlərinə başlayır

“Azəriqaz” İstehsalat Birliyi 2020-ci il üzrə qazlaşdırma işlərinə başlayıb.

Birlikdən bildirilib ki, Prezident İlham Əliyevin 2020-ci il 2 mart tarixli Sərəncamına əsasən, 4 şəhər və rayon üzrə 6 yaşayış məntəqəsində 1700-dən çox fərdi yaşayış evi təbii qazla təmin olunacaq. Sərəncam əsasında SOCAR-a 9 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Gəncə şəhəri Şıxzamanlı və Cavadxan qəsəbələrinin yeni yaşayış massivlərində 980-dək fərdi ev, Daşkəsən rayonunun Aşağı Daşkəsən və Kəmərqaya kəndlərində 200-dən çox fərdi ev, eyni zamanda, Göygöl rayonunun Toğanalı kəndində 390-a və Samux rayonunun Şərkar kəndi ərazisindəki yeni massivdə 150-ə yaxın fərdi ev qazlaşdırılacaq.