09 may 2020 17:54
1287

"Azərkitab"da videokonfrans - VİDEO

Videokonfrans ulu öndər Heydər Əliyevin doğum günü, Qələbə günü və "Azərkitab"in 3 illiyinə həsr edilib

Bu gün "Azərkitab" Kitab Mərkəzinin, xüsusilə Azərkitabın layihə rəhbəri Mirisrafil Sabir Həsənovun təşəbbüsü ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 97 illiyinə, Azərkitab Kitab Mərkəzinin 3 -cü ilinə və Böyük Vətən Müharibəsində qələbəmizin 75 illiyinə həsr edilmiş internet-viziual konfrans keçirildi. Konfransda ölkəmizin ziyalıları Xalq yazıçısı Çingiz Abdullayev, Milli Məclisin deputatı Jalə Əliyeva, Əməkdar jurnalist Qulu Məhərrəmli, Azərbaycan Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, Azərkitabın direktoru Misirxan Həsənov və Əməkdar artist Azad Şükürov iştirak etdilər. 

Tədbiri giriş sözü ilə "Azərkitab"ın layihə rəhbəri Sabir Həsənov açdı.

Konfransda müxtəlif mövzular haqqında çox maraqlı məruzələr və çıxışlar dinlənildi.

Videokonfransda iştirak edən qonaqlar da Ümummilli lider Heydər Əliyevlə bağlı maraqlı xatirələrə toxundular, eyni zamanda Qələbə gününün bizim şərəfli tariximiz olduğunu qeyd etdikdən sonra da Azərkitabın 3 illik fəaliyyətini yüksək qiymətləndirdiklərini bildirdilər.

Şairə Nurəngiz Günün "Salamat ol, ağca yol" poemasından parçalar səsləndi. Şuşa şəhərinin işğalına aid, BVM-də qələbəmiz haqqında və ümummilli lider Heydər Əliyevin həyatından maraqlı vidiogörüntülər nümayiş etdirildi. 

İki saatdan artıq çəkən konfrans izləyicilərin böyük marağına səbəb oldu.

Orxan Vahidoğlu, "İki sahil"