Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyində yeni təyinatlar olub.
İstehsalat Birliyindən verilən məlumata görə, Elmir Qaragözov qurumun baş geoloqu-baş direktorun müavini, Balaəli Cəfərov baş mühəndisin hasilat üzrə müavini təyin olunub.
“Azneft”də yeni təyinatlarla bağlı təqdimat mərasimi keçirilib.
SOCAR-ın Geologiya və geofizika məsələləri üzrə vitse-prezident Bəhram Hüseynov gənc kadrların yeni vəzifələrə təyinatını müsbət qiymətləndirib.
“S&P Global Ratings” SOCAR-ın uzunmüddətli emitent reytinqini BB səviyyəsinə yüksəldib
SOCAR-ın prezidenti “DeGolyer and MacNaughton” şirkətinin sədri və baş icraçı direktoru ilə görüşüb
SOCAR-ın kredit reytinqi: Şəffaf maliyyə siyasəti beynəlxalq etimadı gücləndirir