18 mart 2019 17:33
1084

Aztəminatlı işçilərə bayram sovqatı

«Azərsu» Açıq Səhmdar Cəmiyyətində (ASC) çalışan işçilərin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri davam etdirilir. Novruz bayramı ərəfəsində Səhmdar Cəmiyyətdə çalışan aztəminatlı işçilərə bayram sovqatı paylanıb.

Bu münasibətlə  keçirilən tədbirdə qeyd olunub ki, Novruz ümumxalq bayramı kimi yurdumuzun hər bir guşəsində müxtəlif el şənlikləri və mərasimlərlə qarşılanır. Bu bayramın qədim ənənələrinin bütün rəngarəngliyi ilə qorunub saxlanılması Azərbaycan xalqının öz tarixi-mədəni keçmişinə yüksək ehtiramını və milli-mənəvi dəyərlərə dərin bağlılığını nümayiş etdirir. Əsrlərin sınağından çıxmış Novruz bayramının dövlət səviyyəsində keçirilməsi məhz müstəqillik yolunda qazandığımız nailiyyətlərdən biridir.

Ötən müddətdə qazanılmış nailiyyətlər, ölkəmizdə siyasi və iqtisadi sabitliyin bərqərar olması xalqımıza öz adət-ənənələrini, milli-mənəvi dəyərlərini qoruyub yaşatmaq və əziz günlərini böyük təntənə ilə bayram etmək imkanı verib, hər bir ailəyə xoş əhval-ruhiyyə bəxş edib. 

Qeyd olunub ki, həyata keçirilən bu cür tədbirlər vətəndaşların sosial rifahının yüksəldilməsinə töhfə verməklə yanaşı, onların qayğı ilə əhatələnməsi, aztəminatlı ailələrə bayram əhval-ruhiyyəsi yaşatmaq məqsədi daşıyır.

 Azətəminatlı ailələrdən olan işçilər onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Orxan Vahidoğlu, «İki sahil»