24 may 2019 10:29
1254

Bacardığınız qədər gülün

Hər gün həyatımızda bir-birinə zidd hadisələr baş verir və bəzən depresiyaya düşmək qaçılmaz olur. Məhz buna görə hər zaman müsbət emosiyalara və gülüşə ehtiyacımız olur. Həyat  qısa və dəyərlidir, buna görə də çalışmalıyıq həyatımızın çox hissəsini kədərə yem etməyək. Ən yaxşısı, sadəcə, gülməkdir. Ürəkdən və içdən. Düşünürsünüz ki, gülümsəməyə səbəbiniz yoxdur? O zaman gülüşün müsbət təsirləri haqqında məqaləmizə diqqət yetirin.

1. Gülüş əzələlərin gərginliyini aşağı salır

Sən demə gülüş zamanı bədənimizin bütün əzələləri gərginlikdən azad olur. Əsasən də, üz, boğaz, çiyin və qarın əzələləri. Gülüş qeyri-ixtiyari olduqda orqanizmdə konvulsiv reaksiyalar baş verir hansı ki, əzələlərin xroniki gərginliyini rahatlaşdırır və orqanizmin hüceyrələrində oksigen mübadiləsini artıraraq tənəffüsü sürətləndirir.

2. Gülüş stress hormonunun səviyyəsini aşağı salır

Tez-tez gülən və həyata pozitiv baxan insanların qaşqabaqlı insanlardan fərqləri ondadır ki, onların qanında stress hormonu çox aşağı səviyyədə olur. Orqanizmdə bu hormonun səviyyəsinin aşağı olması bədənin daha rahat olmasına təsir edir və biz özümüzü təkcə fiziki deyil, emasional da dincəlmiş hiss edirik.

3.  Gülüş boy hormonuna da təsir edir

ABŞ-ın Loma Linda universitetindən olan tədqiqatçılar aydınlaşdırıblar ki, hətta  ürəkdən gülüş qanda somatotropin hormonunun səviyyəsini 87% yüksəldir. Bu hormon təkcə boy hormonu hesab edilmir, bu hormon həm də qocalma prosesini ləngidir.

4.  Gülüş ürək-damar xəstəlikləri riskini azaldır

Gülüş qan dövranını stimullaşdırır və qanda oksigenin səviyyəsini artırır. Buna görə də gülüş peridodik və ani qansızmalar, insult, infarkt və bir çox ürək xəstəlikləri  riskini aşağı salır.

5. Gülüş immunitet sistemini gücləndirir

ABŞ-ın Milli onkologiya institutunun verdiyi məlumata görə, gülüş təkcə stress hormonunu deyil, həmçinin immunitet sisteminin komponentlərini də dəstəkləyir. O, əsasən limfositləri: NK - hüceyrələrinin, B - limfosidlərinin və T- limfositlərinin işinə əhəmiyyətli dərəcədə müsbət təsir göstərir.

6. Gülüş sağalmaq prosesini sürətləndirir

Elmi araşdırmalar göstərir ki, gülüş immunitet sistemini gücləndirməklə, sterss hormonunun səviyyəsini aşağı salmaqla yanaşı orqanizimdə xəstəlikdən sonra sağalmaq prosesini sürətləndirmk qabiliyyətinə malikdir. 

7. Gülüş qanda şəkərin səviyyəsini aşağı salır

Şəkər xəstələri üçün gülüş təbii müalicə üsullarından biridir. 2012-ci ildə aparılan araşdırmalar göstərib ki, gülüş zamanı qanda şəkərin səviyyəsi aşağı düşür. Buna səbəb isə gülüş zamanı qlükoza mübadiləsinin yaxşılaşmasıdır.

8.  Gülüş yatmağa kömək edir

Yapon alimləri belə bir nəticəyə gəliblər ki, axşamlar gülüş zamanı beyin daha çox yuxu hormonu ifraz edir. Elə bu səbəbdən Yapon alimləri axşam yatmamışdan qabaq komediya filminə baxmağı məsləhət görürlər.

9.  Fiziki ağrıları aradan götürür

Oksford universitetindən olan tədqiqatçılar müəyyən ediblər ki, gülmək ağrıya qarşı dözümlülüyü artırır. Bu necə baş verir? Bu ona görə baş verir ki, gülüş zamanı bizim bədənimiz endorfin ifraz edir. Bu kimyəvi birləşmə təkcə əhvalımıza təsir etmir, həmçinin ağrıkəsici təsir də göstərir.

10.  Gülüş bütün orqanların işini stimullaşdırır

Yuxarıda qeyd etdiyimiz ki, gülüş qan dövranı prosesini yaxşılaşdırır, hormonların səviyyəsini tənzimliyir və immuniteti möhkəmləndirir. Bundan başqa o, ürək, beyin və ağ ciyərlərin funksiyasını da yaxşılaşdırır.

11. Ömrü uzadır

Gülüşdən yaranan bütün müsbət effektlərin kombini  təbii yolla insan ömrünün uzanmasına təsir edir. 20 il müddətində  aparılan araşdırmaların birində alimlər aydınlaşdırıblar ki, şən insanlar yumor hissindən uzaq olan insanlara nisbətən 8 il artıq ömür yaşayıblar.

12. İşdə məhsuldarlığı artırır

Bir başqa araşdırma göstərib ki, gülüş insanın işində məhsuldar olmasına təsir edir. Şən insanlar daha enerjili, motivasiyalı olurlar, yeni çağırış və sınaqları yaxşı qəbul edirlər.

13. Daha cavan görsənmək mümkündür

Yaş ötdükcə üzümüz yığılan təcrübələri və stresləri əks etdirir. Biz gülən zaman üz, boğaz və çiyin əzələləri özü özlüyündə rahatlayır, qırışlar açılır, əhval-ruhiyyə yaxşılaşır və gülüşün hesabına biz daha cavan, cazibədar görünürük.

Könül Cavid, “İki sahil”