22 yanvar 2021 18:03
919

Badminton III Avropa Oyunlarının proqramına daxil edilib

Avropa Olimpiya Komitələri (AOK) 2023-cü ilin yayında keçiriləcək III Avropa Oyunlarının proqramını genişləndirməyə davam edir.

"İk isahil" xəbər verir ki, iyunun 9-dan 25-dək Polşanın Krakov və Malopolye şəhərlərində təşkil olunacaq yarışların proqramına badminton da daxil edilib. Badminton son vaxtlar Oyunların proqramına daxil edilən sayca altıncı idman növüdür. Belə ki, dekabrda müasir beşnövçülük, taekvondo, avarçəkmə slalomu, karate və çimərlik həndbolunun da yarışların proqramına salınacağı açıqlanıb. Badminton bundan əvvəlki Oyunlarda – “Bakı-2015” və “Minsk-2019”da da proqramda yer alıb.

III Avropa Oyunlarının proqramında qeyd etdiyimiz idman növləri ilə yanaşı, kamandan oxatma, sinxron üzgüçülük, badminton, basketbol - 3x3, çimərlik həndbolu, breyk-dans, kanoe (kayak və kanoe, kanoe slalom), velosiped idmanı (BMX, şose), qılıncoynatma, gimnastika, cüdo, karate, müasir beşnövçülük, dağ qaçışı, reqbi-7, atıcılıq, tramplindən tullanma (yay), idman dırmanması, stolüstü tennis, triatlon, voleybol, çimərlik voleybolu, ağırlıqqaldırma da yer alıb.