10 may 2020 14:45
951

Bahar Muradova: Heydər Əliyev Azərbaycan xalqının yetişdirdiyi nadir şəxsiyyətlərdən biridir - VİDEO

"Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının yetişdirdiyi nadir şəxsiyyətlərdən biridir ki, onun fəaliyyəti yalnız mənsub olduğu xalqa və yaxud da özünün bütün həyatını sərf edərək, qurub Azərbaycan xalqına bəxş etdiyi Azərbaycan dövlətinə məxsus deyil. Bu insan Azərbaycanın dünya ictimai-siyasi tarixinə verdiyi ən böyük şəxsiyyətlərdən, dühalardan biridir ki, onun irsi bütün xalqlar, millətlər və dövlətlər tərəfindən öyrənilir, örnək götürülür".
Bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova "Yeni Tv"-yə müsahibəsində bildirib.
Komitə sədri bildirib ki, Ulu Öndərin xalqa xidmət formulu və bu fenomenin mahiyyəti, məzmunu haqqında elmi tədqiqat əsərləri yazılır, nəzəriyyələr, mülahizələr irəliyə sürülür.