28 mart 2019 12:21
2003

Bahar yorğunluğu nədir?

Qış aylarında yavaşlayan metabolizmada mövsümün dəyişməsi və havanın istiləşməsi ilə əlaqədar bəzi uyğunlaşma problemləri ola bilər. Bu, fərdlərdə yuxusuzluq, stress, yorğunluq kimi problemlərə səbəb olur. Bu vəziyyət həm şəxsi həyatımıza, həm də iş həyatımıza mənfi təsir edə bilər.

Bahar yorğunluğunun əlamətləri nədən ibarətdir?

Xüsusilə yazda, qışın soyuq aylarından sonra havanın isinməyə başlaması insanlarda daha çox yuxusuzluq, cansıxıcılıq və daha çox yorğunluq əlamətləri ilə özünü göstərir. Bu, hətta müntəzəm işlərdə də sıxılmağımıza səbəb ola bilər. Bahar yorğunluğu bahar mövsümünə keçidin ilk vaxtlarında təsirini göstərir. Əgər bu depressiv vəziyyət uzun müddət davam edərsə,  bu mövzu üzrə mütəxəssis həkimlərə müraciət olunmalıdır.

Neqativ hadisələr sizə təsir etməsin

Mövsümi keçidlər insan hormonlarına təsir edir. Şəxsin stresli bir həyatı varsa, çətin işdə çalışırsa və şəxsi həyatında da problemləri varsa, bunlar onun bahar mövsümündə mənəvi dəyişiklikləri görmək imkanını artırır. Bu vəziyyətin, böyük şəhərlərdən kənar bölgələrdə görülmə ehtimalı çox azdır. Bəzən bəslənmə rejimi və bu vəziyyətdə istehlak etdiyimiz qidalar da mənfi təsirlər göstərə bilir. Bu müddət ərzində, şəxsin motivasiyasını yüksək tutması, idman və ya digər faydalı fəaliyyətlərlə məşğul olması şəxsin bahar dövrünə rahat daxil olmasına kömək edəcəkdir. Həyatını düz yola gətirəcək.

Bahar yorğunluğundan necə qurtula bilərik?

*Yaz mövsümü üçün hazırlıq yaz gəlmədən əvvəl edilməlidir. Bədənimizi gələcək üçün hər mənada hazırlamaq vacibdir.

*Xüsusilə yemək rejimimiz balansımızı qorumağa kömək edəcək. Protein, vitamin və minerallarla zəngin qidaları istehlak etməliyik.

*Bir çox insanların iş saatları müəyyən bir standartla əlaqəli olduğundan, istirahət və yuxuya vaxt ayırmalı və bu saatı düzgün istifadə etməlidirlər.

*Su bədənin ən çox ehtiyacı olan maddələrdən biridir. Buna görə də su istehlakı nəzərə alınmalıdır. Susuz qalan orqanizmdə maddələr mübadiləsi yavaşlayır.

*Bahar yorğunluğuna qarşı alınmalı olan ən əhəmiyyətli tədbirlərdən biri də idmandır. Müntəzəm məşqlər metabolizmin sürətləndirilməsinə kömək edir. Bu dövrdə sadə məşqlər, gəzinti, asta qaçış, üzmə və velosiped sürülə bilər. İdman etdiyiniz zaman bədənimizi çox yükləməməliyik.

Röya Rasimqızı, “İki sahil”