28 oktyabr 2020 18:35
768

Bakı Nəqliyyat Agentliyi sürücülərə müraciət edib

Bakı Nəqliyyat Agentliyi (BNA) sürücülərə müraciət edib.

BNA-dan "İki sahil"ə bildirilib ki, yüksəkgərginlikli elektrik xəttində təmir işlərinin aparılması ilə əlaqədar hazırda Nobel prospekti, “ASAN xidmət”in yaxınlığında yerləşən işıqfor işləmir. Sürücülərdən işıqforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etmələri xahiş olunur.