22 fevral 2019 17:48
974

Bakı-Quba avtomobil yolu hissə-hissə bərpa olunacaq

Bakı-Quba beton yolu hissə-hissə bərpa ediləcək.

Bunu jurnalistlərə müsahibəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) idarə heyətinin sədri Saleh Məmmədov deyib.

Sözügedən yolun müəyyən hissəsində baş vermiş dağıntılara aydınlıq gətirən sədr bildirib ki, vaxtilə yolun çəkilişində bəzi texnoloji məsələlərə düzgün riayət edilmədiyindən və ağır tonnajlı maşınların hərəkətinə nəzarət zəif olduğundan yolun bəzi hissələrində müəyyən qüsurlar əmələ gəlib. O qüsurların aradan qaldırılması üçün agentlik tədbirlər görür. Yəqin ki, bu il həmin yolda əsaslı şəkildə bərpa işləri aparılacaq.

S.Məmmədov, həmçinin paytaxtın Nobel prospektinin yenidən təmir olunması və həmin yolda intensiviliyin aradan qaldırılmasını gələn ilin planlarında nəzərə alınacağını qeyd edib.