24 aprel 2019 17:50
580

Bakı trasında əyləci sıxmağa tələsmək lazım deyil

Formula 1 yürüşlərinin Çində keçirilmiş əvvəlki mərhələsində Daniel Rikkardo “Renault” komandasının heyətində ilk xallarını qazanıb. 2017-ci ildə Bakı trasında yürüşün qalibi olmuş pilot bu dəfə öz uğurunu daha da möhkəmlətmək niyyətindədir.

- Azərbaycan Qran-Prisinin bənzərsizliyi nədən ibarətdir?

-Bakı trası digər şəhərlərin küçələrində keçirilən Qran-Pri trasından tamamilə fərqlənir. Burada ötüb keçmək üçün çox imkan var. Mənim Bakı trasında yürüşlərim həmişə maraqlı olub. Ağlasığmaz uğurlar da olub, məsələn 2017-ci ildə gözlənilmədən qalib gəldiyim kimi, ötənilki kimi tam uğursuzluq da. 2017-ci ildə yürüş kartdrom döyüşünə oxşayırdı – həmin gün biz hamınız özümüzü təzədən uşaq kimi hiss etdik. Bu trasın bəzi elementlərindən yeni avtodromlarda istifadə etmək yaxşı olardı. Əyri-üyrü, uzun marşrut rəqibləri ötüb keçməyə imkan verir və biz öz maşınlarımızı daha kiçik sıxıcı qüvvə üçün kökləməyə məcbur oluruq.

- Bakı trasının əsas mürəkkəbliyi nədən ibarətdir?

-Əsas mürəkkəblik əyləc sistemə ilə bağlıdır. Xüsusən düzxətli hissələrdən sonrakı birinci və üçüncü döngələrin qarşısında əyləci mümkün qədər gec sıxmaq lazımdır.

Bu halda siz daim hücum vəziyyətində olursunuz və səhv etməyə haqqınız yoxdur. Uik-enddə maşının imkanlarının yuxarı həddini tapmaq lazımdır. Bu isə maneələrlə əhatə olunmuş trasda heç də asan deyil. Keçən dəfə özümüz gördük ki, səhv etmək divara çırpılmaqla nəticələnir və bu halda pilot mübarizəni dayandırmağa məcbur olur.

- Bundan əvvəlki yürüşdə “Renault” komandasının heyətində ilk xalların qazanmağınızdan razısınızmı?

-Çində xal qazanmaq çox xoş idi. Uik-enddə irəliləməyə nail olduq. Cümə günü məşqlər zamanı problemlər də oldu, lakin hər dəfə trasa çıxanda özümüzə inamlımız artırdı.

Bir pitt-stop ilə yürüş keçirmək asan deyildi, lakin biz bu vəzifəni yerinə yetirdik. Müsbət amillər çoxdur. Qarşıda görüləsi işlərin çox olduğunu bilirik, amma düzgün istiqamətdə irəliləyirik.