AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları Bakı və Abşeron arxipelaqı adalarında tədqiqat aparırlar.
İnstitutdan bildirilib ki, Xərə Zirə adasının ucqar nöqtələri, sahil xətti, dalğaların yaratdığı relyef formaları, ərazinin morfometrik göstəriciləri, palçıq vulkanı elementləri tədqiq edilib, iqlim ölçmələri aparılıb. Həmçinin ərazinin mənimsənilməsi imkanları araşdırılıb, müşahidə olunan antropogen pozulmaların aradan qaldırılması üçün sahildə və yaxın akvatoriyada təmizlənmə işlərinin aparılmasına ehtiyac olduğu müəyyən edilib.
“Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”ndə dəyişiklik edilib
Bakının daha iki küçəsində avtobuslar üçün xüsusi hərəkət zolağı təşkil edilib