20 avqust 2019 11:02
632

Bakıda çoxmərtəbəli binanın mağazası yanıb

Bakıda çoxmərtəbəli binanın mağazası yanıb.

"İki sahil" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən mağazanın tavan hissəsində 1 p.m elektrik naqilləri yanıb.

Mağaza yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​