15 oktyabr 2019 19:32
666

Bakıda dayanacaqda qadının üzərinə ağac aşıb

Bakıda irigövdəli ağacın budağı qırılaraq qadının üzərinə aşıb.

Azvision.az -ın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonunda, "Elmlər" metrostansiyasının qarşısında yerləşən avtobus dayanacağında baş verib.

Hadisə nəticəsində avtobus gözləyən qadın xəsarət alıb. Əraziyə təcili tibbi yardım çağırılıb.