Sosial şəbəkələrdə və bəzi idman saytlarında Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi üzrə ötən gün Bakıda keçirilən oyun zamanı azerkeşlərin rəqib komandaya hücüm çəkməsi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil.
Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib. Onun sözlərinə görə, oyun yüksək təhlükəsizlik şəraitində başa çatıb, heç bir neqativ hal baş verməyib:
"Digər xarici ölkədə keçirilən oyun zamanı baş verən insidenti dünənki oyuna “transformasiya” etmək cəhdi ictimai fikri çaşdırmaq məqsədi daşıyır. Qəti olaraq bildiririk ki, Bakıda keçirilən oyun zamanı Ermənistan bayrağı dalğalandırılmayıb, bununla bağlı hər hansı fakt qeydə alınmayıb. Əgər varsa, Bakı şəhər Baş Polis İdarəsinə təqdim olunmasını tövsiyyə edirik. Həmin məlumatlar tərəfimizdən qəti şəkildə təkzib olunur.
Polis orqanları ilə heç bir dəqiqləşdirmə aparamdan əsassız yazılıb, iddialar dezinformasiyadır. Mətbuat nümayəndələrinə tövsiyyə olunur ki, həqiqətə uyğun olmayan məlumatların yayılmaması və bu kimi halların gələcəkdə təkrarlanmaması məqsədilə həmin məlumatları dərc etməzdən əvvəl informasiyanın düzgünlüyünü dəqiqləşdirsinlər".
Qeyd edək ki, UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda “Qarabağ” klubu Bakıda APOEL-i qəbul edib. Görüş Kipr təmsilçisinin 0:2 hesablı qələbəsi ilə başa çatıb.
Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib
Vüqar Rəhimzadə: Türk Dövlətləri Təşkilatı qlobal arenada yeni geosiyasi güc mərkəzinə çevrilir
Səbinə Əliyeva: İnternet saytlarında adıçəkilən şəxslərin adından irəli sürülən iddiaların heç bir əsası yoxdur
Dövlət Suverenliyi Günü Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin simvoludur