22 avqust 2019 11:47
739

Bakıda kişi arvadını və qayınanasını döydü

Bakının Xəzər rayonunda döyülmə faktı qeydə alınıb.

Hadisə Buzovna qəsəbəsində qeydə alınıb.

Belə ki, kişi ailə münaqişəsi zəminində həyat yoldaşı 1987-ci təvəllüdlü Hacıyeva Xalidə Zabit qızını və qaynanası 1961-ci təvəllüdlü Abdullayeva Güladə Sabir qızını döyüb.

Yaralılar 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. (Report)