11 sentyabr 2019 16:52
1024

Bakıda sürücülər bir-birinin üzünə baxıb qəza törədir - REAL VİDEO

Hər üç qəzada sürücülərdən biri qaydanı kobud şəkildə pozur

Bakıda yol ayrıcının keçilməsi qaydalarının pozulmasına görə baş verən qəzalar kameraya düşüb. Avtosfer.az xəbər verir ki, ilk qəza Şərifzadə küçəsində, Asan Xidmətin yaxınlığında baş verib. “VAZ 21 07” markalı avttomobil baş yol ilə hərəkət edir. Bu zaman əks istiqamətdən gələrək sola dönmək istəyən “Opel” markalı avtomobil onun qarşısına çıxır. Nəticədə toqquşma baş verir.

İkinci hadisə Azadlıq prospekti ilə Bakıxanov prospektinin kəsişməsində baş verib. Taksi sürücüsü Bakıxanov prospekti ilə hərəkət edir. Bu zaman işıqforun qadağanedici nişanında keçən avtomobil ilə toqquşur. Toqquşma nəticəsində taksinin ön hissəsi əzilir. Digər avtomobil isə zərbənin gücündən aşır.

Üçüncü hadisə Əhməd Rəcəbli küçəsində baş verib. Kəsişmədə sağa dönən BMW markalı avtomobili buraxmayan “Mercedes Viano” markalı avtomobil ona çırpılır. Görüntüləri təqdim edirik: