04 aprel 2019 11:31
3007

Ballı suyun faydaları - BİLİRSİNİZMİ?

Hər səhər içilən bir stəkan ballı ilıq su bədən üçün çox faydalıdır. Hər gün səhər bir stəkan ballı su içərək sağlamlıq problemlərinizdən xilas ola bilərsiniz.

Balın tərkibindəki şəkər sağlam kalori qaynağı olan təbii şəkərdir. Ballı su içərək digər şəkərli içkilərlə müqayisədə siz orqanizminizin kalori istehlakını azalda bilərsiniz. Ballı su həzm sistemini normallaşdırır və mədə problemini aradan qaldırır. Bundan əlavə, qəbizlik probleminin qarşısını da alır. Bədəni toksinlərdən təmizləyir. Ballı suya limon əlavə edərək xəstəliyə səbəb olan toksinlərə qarşı faydasını artıra bilərsiniz. Ballı su boğazı yumşaltmaqla ağrı və qıcıqlanmanı azaltmağa kömək edir.

Enerji verir

Zəiflik və yuxusuzluq halında qəhvə əvəzinə ballı su içə bilərsiniz. Səhər oyananda özünüzü  daha tez gümrah hiss etmək istəyirsinizsə 1 stəkan ballı su için.

Balın faydaları nələrdir?

Balın şirin qida qaynağı olaraq təyin olunmasına baxmayaraq, diabet xəstələri üçün risk deyildir. Balda olan fruktoza və qlükoza maddələri qan şəkərini tənzimləməyə kömək edir. Diabet xəstəliyi ağırlaşmamış xəstələrin gündə 1 çay qaşığı bal yemələri onlar üçün heç bir çətinlik yaratmır. Əksinə, 1 çay qaşığı bal istehlakı bədən üçün faydalıdır. Eyni zamanda, xolesterolun qarşısının alınması, orqanizmdəki iltihabın dayandırılması bal istehlakı ilə mümkündür.

*Öskürəyin qarşısını alır

*Arıqlamaq üçün kömək edir

*Göz sağlamlığını qoruyur

Röya Rasimqızı, “İki sahil”