28 avqust 2020 11:02
2040

Ballıqaya qətliamından 28 il ötür

Ermənistan hərbi birləşmələri tərəfindən dinc azərbaycanlılara qarşı törədilən Ballıqaya qətliamından 28 il keçir. 1992-ci il avqustun 27-dən 28-ə keçən gecə erməni quldurları Laçın rayonundan məcburi köçkün düşən və Goranboy rayonunun Ballıqaya kəndində müvəqqəti məskunlaşmış 24 nəfər azərbaycanlı mülki şəxsi amansızlıqla qətlə yetirib, 9 nəfəri yaralayıblar. Qətlə yetirilənlərin arasında 6 azyaşlı uşaq, o cümlədən 6 aylıq körpə də olub, 3 azyaşlı uşaq hər iki valideynini itirib. Öldürülmüş dinc insanların bəzilərinin meyidləri yandırılıb. Ballıqayada 93 yaşında qoca qadına da aman verilməyib, ümumilikdə öldürülənlərin əksəriyyəti uşaqlar, qadınlar və qocalar olub. Doqquz nəfər isə ağır yaralanıb. Qətlə yetirilən və ağır bədən xəsarəti alan şəxslərin hamısı heyvandarlıqla məşğul olan mülki şəxslər, çobanlar və onların ailə üzvləri idi.

Ballıqaya qətliamı zamanı erməni quldurları 33 yaşlı Hürzaman Hümbətovanı 6 azyaşlı övladı ilə birlikdə qətlə yetirərək yandırıblar. Həmin vaxt Bərdə rayonunda olan ailə başçısı Vəzir Hümbətov AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində 28 il əvvəl törədilmiş qətliamın dəhşətlərindən danışıb.

“Hadisə baş verən gün mən Bərdə rayonunda idim. Ailəmiz isə Ballıqayada. Mən Ballıqayaya gedəndə gördüm ki, Ağcakənddə post qurulub. Heç kimi buraxmırlar. Soruşdum nə olub? Dedilər ermənilər dinc sakinləri qətlə yetiriblər. Əraziyə çatanda gördüm ki, çoxlu insan yığılıb, bizim daxal (qamışdan düzəldilmiş daxma) odlanıb, 6 uşağım və yoldaşım yanıb. Sonra məlum oldu ki, ermənilər əvvəlcə ailəmi güllələyib, sonra od vurub yandırıblar. Daxal yanıb tökülmüşdü cəsədlərin üstünə. Uşaqlarımın və yoldaşımın yanmış cəsədlərini maşına qoyub gətirdik Bərdəyə. Orada 7 alaçıq var idi. Alaçıqdakıların da hamısını güllələyib öldürmüşdülər. Həmin qətliamda öldürülən sakinlərin hamısı yaxın qohumlarım idi”.

Ballıqayada qətlə yetirilmiş şəxslərdən bəziləri Bərdə rayonunun Qaradəmirçi, Alpout, Tumaslı və Nazırlı kəndlərində dəfn edilib. Faciə zamanı ailə üzvlərini və yaxın qohumlarını itirən Yunis Mehdiyev də hər il Nazırlı kəndindəki qəbiristanlığa gələrək onları yad edir. “1992-ci ildə Laçın rayonu işğal edilən zaman doğma yurdumuzdan köçkün düşdük. Əvvəlcə Kəlbəcərdən keçib Toğanada məskunlaşdıq. Sonra isə Goranboyun Ballıqaya ərazisinə gəldik. Ballıqayada qaldığımız üçüncü gecə səhər saat 5 radələrində ermənilər gəlib camaatı qanına qəltan elədilər. Qətliam zamanı anam, bacım, qardaşım, onun yoldaşı, əmim, əmimin yoldaşı, iki oğlu və qızı, bibim, bibimin iki qızı və qayınanası, əmim nəvələri vəhşicəsinə qətlə yetirildi. Çox ağır faciə idi - bir nəsildən 24 nəfər öldürüldü”.

Ballıqaya faciəsi Ermənistan silahlı qüvvələrinin bundan əvvəl Xocavəndin Qaradağlı kəndində, Xocalıda, Kəlbəcərin Ağdaban kəndində Qarabağın azərbaycanlı əhalisini kompakt şəkildə məhv etmək niyyəti ilə törədilmiş silsilə kütləvi qırğın aktlarından biridir. Bu qətliam zamanı beynəlxalq humanitar hüquq normaları kobud şəkildə pozulub. Bütün beynəlxalq hüquq normalarına və bəşəri dəyərlərə zidd olaraq mülki insanlar - azyaşlı uşaqlar, qadınlar və qocalar qətlə yetirilib. Ballıqaya qətliamı ilə bağlı materiallar, maddi sübutlar və faktlar Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Memorial Soyqırımı Muzeyində saxlanılır.

Ballıqayada 24 nəfər xüsusi amansızlıqla qətlə yetirilib:

A.S.A

Doğum tarixi

Yaşı

Azyaşlı uşaqlar

1

Hümbətov Elçin Vəzir oğlu

1980

12 yaş

2

Hümbətov Bəxtiyar Vəzir oğlu

1982

10 yaş

3

Hümbətov İsmayıl Vəzir oğlu

1984

8 yaş

4

Hümbətov Nəvadi Vəzir oğlu

1986

6 yaş

5

Hümbətova Gülnar Vəzir qızı

1988

4 yaş

6

Hümbətov Canpolad Vəzir oğlu

1992

6 ay

Qadınlar

1

Abdullayeva Səadət Abdulla qızı

1973

19 yaş

2

Mehdiyeva (Məhərrəmova) Qənirə İbrahim qızı

1935

57 yaş

3

Mehdiyeva Ayna Hümbət qızı

1967

25 yaş

4

Mehdiyeva Bəyim Aydın qızı

1959

33 yaş

5

Mehdiyeva Gülayə Əli qızı

1925

67 yaş

6

Mehdiyeva Süraya Məhəmməd qızı

1956

36 yaş

7

Kalbalıyeva Nubar Muradxan qızı

1952

40 yaş

8

Vəliyeva Zeynab Hüseyin qızı

1899

93 yaş

9

Alməmmədova Minaya Əbilqasım qızı

1930

62 yaş

10

Alməmmədova Zeynəb Şəmil qızı

1972

20 yaş

11

Alməmmədova Kəmalə Şəmil qızı

1976

16 yaş

12

Hümbətova Hürzaman Qara qızı

1959

33 yaş

13

Hümbətova Gülnar Vəzir qızı

1988

4 yaş

Qocalar

1

Abdullayev Abdulla Bədəl oğlu

1934

58 yaş

2

Mehdiyev Hümbət Əbulqasım oğlu

1930

62 yaş

3

Mehdiyeva (Məhərrəmova) Qənirə İbrahim qızı

1935

57 yaş

4

Mehdiyeva Gülayə Əli qızı

1925

67 yaş

5

Vəliyeva Zeynab Hüseyin qızı

1899

93 yaş

6

Alməmmədova Minaya Əbilqasım qızı

1930

62 yaş