22 sentyabr 2019 10:51
849

“Barselona” cari mövsüm ikinci dəfə məğlub olub

Sentyabrın 21-də futbol üzrə İspaniya La Liqasında beşinci turun oyunları keçirilib.

Son çempion “Barselona” səfərdə “Qranada” komandası ilə üz-üzə gəlib.

Görüş “Qranada”nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu Katalonya təmsilçisinin cari mövsüm ikinci məğlubiyyətidir.

Qolları 2-ci dəqiqədə Ramon Aziz və 65-ci dəqiqədə Vadilyo vurublar. Beş turdan sonra 10 xal qazanan “Qranada” turnir cədvəlində birinci yerə yüksəlib. “Barselona” isə yeddi xalla 7-ci yerdə qərarlaşıb.

La Liqanın digər favoriti “Atletiko Madrid” isə öz meydanında “Selta Viqo” ilə heç-heçə edib - 0:0.

Günün digər oyunlarında aşağıdakı hesablar qeydə alınıb:

“Osasuna” - “Betis” - 0:0,

“Villareal” - “Valladolid” - 2:0,

“Levante” - “Eybar” - 0:0.

Qeyd edək ki, turun digər oyunları sentyabrın 22-də keçiriləcək.