26 yanvar 2021 22:41
915

"Barselona" klubundakı seçkilər martın 7-nə təyin olunub

İspaniyanın "Barselona" klubunda koronavirus pandemiyası səbəbindən təxirə salınmış prezident seçkilərinin yeni tarixi açıqlanıb.

"İki sahil" xəbər verir ki, seçkilər martın 7-nə təyin olunub. Seçicilər namizədlərə poçt vasitəsilə səs verəcəklər. Hazırda bu vəzifə üçün 3 nəfərin namizədliyi təsdiqlənib. Bunlar Joan Laporta, Viktor Font və Toni Freyşadır. Daha əvvəl Emili Russo şəxsi səbəblərdən namizədliyini geri götürüb.

Xatırladaq ki, Laporta 2003-2010-cu illərdə də "Barselona"nın prezidenti olub. La Liqa təmsilçisində son olaraq bu vəzifəni Jozep Maria Bartomeu yerinə yetirib. O, ötən ilin oktyabrında istefa verib.