20 fevral 2020 15:30
1599

"Barselona" yeni hücumçu aldı

"Barselona" klubu "Leqanes"dən heyətinə qatdığı Martin Breytvaytın transferini açıqlayıb.

"Report" Kataloniya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı futbolçu ilə 4,5 illik müqavilə imzalanıb. Klub danimarkalı hücumçuya 300 milyon avro təzminat qiyməti qoyub.

Qeyd edək ki, bu mövsüm "Leqanes" klubunun heyətində 24 oyunda meydana çıxan Braytvayt 6 qol vurub.