20 may 2019 12:26
859

"Barselona"da itki

“Barselona” ciddi itki ilə üzləşib.

"İki sahil" Qol.az-a istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin müdafiəçisi Nelson Semedo zədələnib. La Liqanın sonuncu – 38-ci turunun “Eybar”la qarşılaşmasında (2:2) zədələnən portuqaliyalı futbolçunun İspaniya kubokunun finalında iştirakı sual altındadır.

Qeyd edək ki, “Barselona” mayın 25-də keçiriləcək İspaniya kubokunun finalında “Valensiya” ilə qarşılaşacaq.