Azərbaycanın güclü ordusu, xalqımızın iradəsi və Prezidentimizin qətiyyəti torpaqlarımızın işğaldan azad edilməsi üçün bizdə əminlik yaradır.
Trend-in məlumatına görə, bunu Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini - İcra katibi Əli Əhmədov 28 May- Respublika günü münasibətilə keçirilən tədbirdə deyib.
Ə.Əhmədov bildirib ki, bizim yeganə problemimiz Dağlıq Qarabağ münaqişəsi, torpaqlarımızın işğal altında olmasıdır:
“Azərbaycan müharibə tərəfdarı deyil. Danışıqlar yolu ilə münaqişənin nəticələrinin aradan qaldırılmasına üstünlük verir. Hesab edirik ki, hələ bu istiqamətdə imkanlar mövcuddur. Bu imkanlardan axıra qədər də istifadə etmək lazımdır”.