02 dekabr 2020 21:25
866

Başakdan Kıvançla bağlı etiraflar

Türkiyəli aktyor Kıvanç Tatlıtuğun həyat yoldaşı Başak Dizer jurnallardan birinə evlilik həyatı ilə bağlı müsahibə verib.

"İki sahil" axşam.az-a istinadən bildirir ki, Başak müsahibəsi zamanı Kıvançla evlilliyində yaşadığı maraqlı məqamlardan danışıb:

"Ailə həyatımızın göz önündə olmağı mənim seçimim deyildi. Evlənməzdən əvvəl də sakit və səssiz həyatım yox idi. Bir çox tədbirlərə və qalalara qatılırdım. Düşünürəm ki, evliliyinizi və şəxsi həyatınızı nə qədər gizli yaşasanız, o qədər az danışılar.

Kıvançla evləndiyim üçün xoşbəxtəm. Onunla evdə vaxtımız əyləncəli keçir. Sosial şəbəkələrdə bir çox dost qruplarımız var. Kıvanç zarafatları ilə məni çox güldürür. Gülməli və əyləncəli kiçik epizodlar ifa edir. Həmin dəqiqə ssenari yazır və adamı güldürür".