15 noyabr 2019 12:25
778

Batumi ayağa qalxdı

Gürcüstanın Batumi şəhərində etiraz aksiyası baş qaldırıb.

Publika.az xəbər verir ki, müxalif Vahid Milli Birlik Hərəkatı Partiyası və "Ayıb" Hərəkatının üzvləri proporsional seçki sisteminə keçidlə bağlı qanunun parlamentdə qəbul olunmamasına etiraz ediblər.

Etirazçılar hökumət binasının qarşısında toplaşaraq əməkdaşların binaya daxil olmasına imkan verməyiblər. Bu zaman onlarla polis arasında qarşıdurma baş verib.

Bir neçə etirazçı saxlanılıb.