Almaniyanın “Bavarya” klubu İngiltərə Premyer Liqasının klubu "Mançester Siti”dən Leroy Saneni heyətinə qatıb.
”İki sahil” klubun rəsmi saytına istinadən xəbər verir ki,25 yaşındakı alman hücumçu ilə 5 illik müqavilə imzalanıb. 2016-cı il “Şalke”dən “Siti”yə transfer olan hücumçu 2017-2018 və 2018-2019-cu illər Premyer liqa çempionluğunu qazanıb.
Xatırladaq ki, Sane"Mançester Siti”forması ilə 135 oyuda 39 qol vurub. Almanya millisində isə 21 oyunda 5 qolun sahibi olub.